Məhkəmə İlkin Rüstəmzadənin şikayətini rədd etdi

Bu gun saat 15:00-da Bakı Apelyasiya Məhkəməsində Azad Gənclik Təşkilatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin apelyasiya şikayətinə baxılıb

AzNews.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin İ.Rüstəmzadə haqqında seçdiyi həbs-qətimkan tədbiri qərarından verilən apelyasiya şikayətini rədd edib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi mayın 17-də istintaqın təqdimatı əsasında İlkin Rüstəmzadə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. İ.Rüstəmzadə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.

Anar
AzNews.az