Bu gün Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq Bu gün Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Bu gün Bakıda bu yollar bağlanacaq- Siyahı

Bu gün Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq



Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Bakıda keçirilən motosiklet yarışlarında iştirakçıların və tamaşaçıların təhlükəsizliyini təmin etmək məqsədilə 25 may saat 17:30-dan paytaxtın Azadlıq meydanı istiqamətində, Rəşid Behbudov küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən, Azadlıq prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsindən, Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən, Zərifə Əliyeva və Zorge küçələrinin kəsişməsindən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalidən xahiş edir ki, göstərilən istiqamətdə şəxsi avtomobillərdən istifadə edilməsin.

AzNews.az