Ziyarətgaha gəlib oğurluq etdilər

"Beşbarmaq" ziyarətgahı yaxınlığındakı mağazalar yarılıb.

Bu barədə AzNews.az-a mağaza sahiblərindən biri Famil Zeynalov məlumat verib. Onun sözlərinə görə, ərzaq mağazalarından birindən 150 manat pul, digərindən 260 manat pul götürülüb, üçüncüsündən isə siqaret oğurlanıb. Oğurlanan əşyalar arasında satıcılardan birinə məxsus mobil telefon da var: "Hadisə səhər saat 5.30-da baş verib. Oğurluq edən şəxslər 4 nəfər olublar. Mağazalarda yerləşdirilən kameralarda oğurluq edən şəxslərin görüntüləri var. Oğurluq barədə xəbər tutan kimi polisə müraciət etdik. Onların görüntüləri müəyyən olundu və artıq Sumqayıt şəhərində yaxalanıblar. Bizdə olan məlumata görə, həmin şəxsləri rayona gətirəcəklər".

Fakt Siyəzən RPŞ-də araşdırılır.

Ruhiyyə
AzNews.az