- Köhnə - Hadisə
- 6 İyul 2013 11:39
- 716
Çaydan çıxarılan maşın qəza törətdi

AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində Dəllər qəsəbə sakini Abbas Abbasov "Ford" markalı evakuatorla su arxına düşmüş "Mercedes GL 450" markalı avtomaşını trosla dartarkən avtomaşın qoşqu yerindən çıxıb.
O, yaxınlıqda sərxoş halda gəzən rayon sakini Zakir Nağıyevi ağaca sıxıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Z.Nağıyev orada ölüb.
AzNews.az