Bakıda intihara daha bir cəhd

Yasamal rayonu ərazisində Tacikistan vətəndaşının intihar cəhdinin qarşısı alınıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyulun 10-da Yasamal rayonu Həsənbəy Zərdabi küçəsində kirayədə yaşayan Tacikistan vətəndaşı Maxmadaliev Muxammadiso yaşadığı evin 9-cu mərtəbəsinin eyvanından özünü atmağa cəhd göstərib.

Cəhdin qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb.

AzNews.az