Qəbul imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.

Modern.az-ın xəbərinə görə, nəticələr TQDK-nın saytında yerləşdirlib. (burada http://tqdk.gov.az/netbak/)

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 11796 abituriyentdən 673 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 11123 abituriyentlərdən 16 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İki nəfər maksimal nəticə -700 bal toplayıb.

İxtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.

Qeyd edək ki, IV qrupun imtahanları Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində aparılıb.

AzNews.az