Mitinqlə bağlı mətbuat konfransı keçiriləcək

"Demokratik Qüvvələrin Milli Şurasının avqustun 18-də keçirəcəyi aksiyaya hazırlıq işləri sürətlə gedir".

Bunu "Media forum" saytına Müsavat Divanının üzvü İkram İsrafil deyib. Mitinq komitəsinin avqustun 16-da iclas keçirdiyini bildirən İkram İsrafil qeyd edib ki, aksiyaya hazırlıq barədə son məlumatlar mətbuat konfransında veriləcək: "Mətbuat konfransı avqustun 19-u saat 12-də Açıq Cəmiyyət Partiyasının qərargahında keçiriləcək".

Milli Şuranın Bakıda, 20-ci yaşayış sahəsində keçirəcəyi aksiyada azad və ədalətli seçki şəraiti tələb olunacaq.

AzNews.az