- Köhnə - Hadisə
- 14 Sentyabr 2013 08:30
- 1 880
Uçan körpü ilə bağlı alternativ yol istifadəyə verilir
P.Mürsəliyev bildirib ki, bu gün günorta saatlarından sonra sürücülər alternativ yoldan istifadə edə biləcəklər.
Qeyd edək ki, sentyabrın 11-də gecə saat 23:00 radələrində Qaraməryəm-Şəki-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində Mehmanxanlı çayı üzərindəki körpüdə həddindən artıq yüklənmiş "Shacman" markalı yük avtomobilinin keçməsi nəticəsində birinci aşırımın tirləri sınıb, körpü uçub. Nəqliyyat vasitəsi ikinci aşırıma keçərək oradan asılı vəziyyətdə qalıb.
Xatırladaq ki, körpünün ümumi uzunluğu 31 metr, eni isə 7 metrdir.(trend)
AzNews.az