Öpüşən qızlar həbs olundu

Braziliyada iki qız dini mərasim zamanı öpüşdüyü üçün həbs edilib.


"The Huffington Post" nəşri yazır ki, sentyabrın 29-da Yevangel hadisələrinə həsr olunmuş mərasimdə nitq söyləyən braziliyalı konqresmen və keşiş Marko Felisiano Coanna Paxares və Yunka Mixuranın öpüşməyə başladığını gördükdə çıxışını dayandırıb.

Felisisano mühafizəçilərdən cütlüyü həbs etməyi və onları qandallayaraq mərasimdən kənarlaşdırmağı xahiş edib.

Paxares və Mixura iddia edir ki, onlar həbs olunduqdan sonra polis tərəfindən fiziki təzyiqə məruz qalıblar. Qızlar həmçinin onların ətrafında bir çox heteroseksualların öpüşdüyünə diqqət çəkiblər.

"Biz buna tam olaraq nəzarətdən çıxan vəziyyət kimi baxırıq. Biz bilirik ki, münaqişənin iki tərəfi var - söz azadlığı və din azadlığı. Bu iki konstitusiya hüququ onlardan istifadə olunmaq üçün müəyyən edilib", - deyə vəkil Daniel Qalani bildirib.(gun.az)


AzNews.az