Lerikin 6 kəndinə təbii qaz verildi

Bu gün Lerik rayonunun Məhləbad, Kələxan, Hüseynabad, Kəlvəz, Göydərə və Ordahal kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, 22 abonenti olan Məhləbad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2813 metr olan müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 22 ədəd qaz sayğacı, 90 abonenti olan Kələxan və Hüseynabad kəndlərinin qazlaşdırılması üçün ümumilikdə 5439 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 90 ədəd sayğac və 1 qaztənzimləyici şkaf, 35 abonenti olan Kəlvəz kəndinin qazlaşdırılması üçün uzunluğu 4440 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 35 ədəd sayğac və 1 ədəd qaztənzimləyici şkaf, 27 abonenti olan Göydərə kəndinin qazlaşdırılması üçün uzunluğu 2727 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 27 ədəd sayğac və 1 ədəd qaztənzimləyici şkaf, həmçinin 34 abonenti olan Ordahal kəndinin qazlaşdırılması üçün uzunluğu 4950 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 34 ədəd sayğac və 1 ədəd qaztənzimləyici şkaf quraşdırılıb.

AzNews.az