Yaralılar içində bir qadın var Yaralılar içində bir qadın var

Dağıstanda dəhşətli partlayış: 2 ölü, 15 yaralı - Foto

Yaralılar içində bir qadın var




Dağıstanın paytaxtı Mahaçqalada bir-birinin ardınca iki partlayış törədilib. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış bir-birindən müəyyən qədər zaman fasiləsi ilə şəhərin mərkəzində törədilib.

İlkin məlumatlara görə, 2 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Hadisə ilə bağlı Milli Antiterror Komitəsinin daha sonra yaydığı açıqlamada 4 nəfərin ağır, 4 nəfərin isə nisbətən yüngül yaralandığı bildirilib. Yaralılar içində bir qadın var, uşaqlar yoxdur.

Elnarə
AzNews.az

image description image description