- Köhnə - Hadisə
- 3 Noyabr 2013 13:00
- 1 878
Bu gün Günəş tutulacaq
Ayın Günəşin üzünü tam tutmasını görmək, əsasən, Keniyanın şimalında yaşayan sakinlərə nəsib olacaq. Artıq paytaxt Nayrobidə "Həndz on Yunivörs" adlı təşkilat sakinləri "hibrid tutulma" haqqında məlumatlandırmağa və bu nadir hadisəyə şahid olmaq üçün toplaşmağa çağırır. 4 turizm şirkəti də bu məqsədlə Nayrobidən Keniyanın şimalına səyahət təşkil edib.
Avropada, daha dəqiq desək, Portuqaliyada "hibrid tutulma" natamam olacaq. Paytaxt Lissabonda yerləşən Astronomiya Observatoriyasının hesablamasına görə, burada Ay Günəşin üzünü 10-23 faiz tutacaq. Lakin Madeyra adasında bu faizin 25-27 olacağı proqnozlaşdırılır.
Mütəxəssislər "hibrid tutulma" zamanı insanların xüsusi təhlükəsizlik tədbirləri olmadan birbaşa Günəşə baxmamasını tövsiyə ediblər.(anspress)