Qəzaya düşən jurnalist komadadır

Avropa.info-nun qəza keçirən əməkdaşının durumunda yaxşılaşma olsa da, artıq üç gündür komadadır

Noyabrın 1-də Xocasən qəsəbəsində maşın vurması nəticəsində ağır xəsarətlərlə Bakı şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən Sahib İslamov komadadır. Bu haqda Avropa.info-ya Sahib İslamlının həkimi Şöhrət Verdiyev məlumat verib. Həkimin dediyinə görə, jurnalistin səhhəti əvvəlkinə nisbətən yaxşı olsa da, ümumən durumu ağır olaraq qalır: "Belə hallarda xəstənin nə vaxt komadan ayılacağını demək çətindir".

Sahib İslamlının müalicə həkimi Fikrət Vəliyev də xəstənin durumunu ağır qiymətləndirdi: "İndi xəstə komadadır. Onun nə vaxt komadan ayılacağını demək çox çətindir. Amma onu qeyd edim ki, ümumən durumu əvvəlkinə nisbətdə yaxşıdır. Əlimizdən gələni edirik. Hər şey Allahdandır".

AzNews.az