Azərbaycanlı turistlər Türkiyədə qəzaya düşdü

Türkiyənin Muğla vilayətində baş
verən avtomobil qəzasında Azərbaycan vətəndaşı olan dörd turist yaralanıb. APA-
nın "Anadolu" agentliyinə istinadən verdiyi
məlumata görə, yaralılardan ikisi azyaşlıdır. Qəza hadisəsi Muğla-Aydın
şosesində baş verib. Azərbaycan vətəndaşı Nazim Məmmədovun idarə etdiyi 34 TZ
8564 nömrəli avtomobil Türkiyə vətəndaşı Erdal Evranın idarə etdiyi 35 CSL 72
nömrəli avtomobillə toqquşub. Sürücü N. Məmmədovla yanaşı onun Tahirə adlı
həyat yoldaşı da yaralanıb. Onların 7 yaşlı oğlu Məhəmmədin vəziyyətinin ağır
olduğu bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.



AzNews.az