Qəzet satan şirkətin köşkləri yığışdırılır

Mətbuat yayımı ilə məşğul olan "Metroservis"in köşkləri metro keçidlərindən yığışdırılır.

Xatırladaq ki, bir ay öncə sözügedən firma "Yeni Müsavat", "Azadlıq" və digər qəzetlərin yayımından imtina etmişdi. Noyabrın 14-dən isə "Metroservis"in fəaliyyətinə xitam verilib.

Firmanın rəhbəri Bəkir Cəfərov xəbəri "musavat.com"a təsdiqləyib. O, bildirib ki, artıq firmanın fəaliyyətinə xitam verilib, bütün redaksiyalara məktub göndərilib ki, noyabrın 15-dən onlara qəzet verilməsin. Həmçinin Rusiyadan gələn qəzet və jurnalların da qəbulu dayandırılıb.


AzNews.az