Hərbi konvoya hücum: 10 hərbiçi öldü


Misirin Sinay rayonunda hərbi konvoya bombalı hücum təşkil olunub. İlkin məlumatlarda ən azı 10 hərbiçinin öldüyü, 35 nəfərin isə yaralandığı bildirilir.

AzNews.az xəbər verir ki, hadisə bu gün, hərbi dəstənin Qəzza ilə sərhəddəki sahil Rafah şəhərinə getdiyi zaman baş verib.

Misirin Təhlükəsizlik qüvvələri hadisəni təsdiqləyib. Hələlik hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.


Elman
AzNews.az