- Köhnə - Hadisə
- 23 Noyabr 2013 09:18
- 3 587
Müdafiə Nazirliyinin hərbi qulluqçusu qəzaya düşdü
Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. "QAZel" markalı avtomobil yolu keçən piyada, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Elnur Adışirin oğlu Cəfərovu vurub.
Piyada ağır bədən xəsarətləri ilə Baş Klinik Hərbi Hospitala yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az