Kəbədə təmir işləri zamanı çökmə baş verdi

Müsəlmanların müqəddəs ziyarətgahında - Kəbə ətrafında aparılan təmir işləri zamanı çökmə baş verib.

Trend-in verdiyi məlumata görə, çökməyə səbəb tikinti sahəsinin həddən artıq yüklənməsi olub. Hadisə zamanı ölən və yaralanan olmayıb.

Çökmə səbəbindən tikinti və genişləndirilmə işləri müvəqqəti olaraq dayandırılıb.

AzNews.az