- Köhnə - Hadisə
- 7 Dekabr 2013 10:41
- 2 257
Küçədə quldurluq edən şəxs saxlanıldı

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 6-da Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Fikrət İsgəndərov tutulub.
F.İskəndərov dekabrın 3-ü saat 15 radələrində Mətbuat prospektində Fərid Dünyamalıyevi bıçaqla hədələyərək pulunu almaqda şübhəli bilinir.
Müəyyən edilib ki, o, noyabrın 28-də həmin prospektdə Bakı şəhər sakinləri - Akşin Əzizova və Samir Əzizova sözlə hədə-qorxu gələrək pul tələb edib, lakin sonuncular pullarının olmadığını bildirərək qaçıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
AzNews.az