Bakı-İstanbul aviareysləri yubanır

Türkiyədə güclü qar yağması səbəbindən Bakı və İstanbul arasında bütün aviareyslərin həyata keçirilməsi 1-2 saat gecikir.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava limanından qeyd ediblər ki, Bakıdan İstanbula və əks istiqamətdə aviareyslər 1-2 saat yubanır ki, bu da Türkiyə ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Türkiyə KİV-in məlumatına görə, ölkədə pis hava şəraiti ilə əlaqədar olaraq təqribən 90 daxili və beynəlxalq aviareys təxirə salınıb.

Sinoptiklər əlverişsiz hava şəraitinin bu həftənin sonunadək davam edəcəyini proqnozlaşdırırlar.(trend)