Abşeronda ev yanıb

Abşeron rayonunda yaşayış evində yanğın baş verib.

AzNews.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az