- Köhnə - Hadisə
- 6 Fevral 2014 07:57
- 2 834
Bakıda ev, Sumqayıtda sex yandı

Sumqayıt şəhərində tikilməkdə olan maşınqayırma sexinin ümumi sahəsi 10000 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250 kv.m və sexin içərisinə yığılmış tikinti materiallarının qalıqları 15 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstrksiyaları 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Ağdaş rayonu, Pirəzə kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan birmərtəbəli 3 otaqlı və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az