- Köhnə - Hadisə
- 18 Fevral 2014 12:03
- 2 913
Kürdəmirdə ovçu özünü yaraladı
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-də Kürdəmir rayonu Şilyan kəndinin ərazisində Qarasu kənd sakini Rahim Rahimov ov edərkən silahla ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Kürdəmir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb.
AzNews.az