- Köhnə - Hadisə
- 21 Fevral 2014 14:09
- 4 214
Astarada həbs olunanlarla bağlı RƏSMİ AÇIQLAMA
AzNews.az-ın məlumatına görə, fevralın 17-də Astarada "Odnoklassniki" sosial şəbəkəsində təhqir olunduqlarını iddia edərək, aksiya keçirən Ərçivan kənd sakinlərindən bəziləri polisə çağırılaraq, saxlanılıb.
Buna səbəb isə narazı kənd sakinlərinin növbəti aksiya keçirmək cəhdi olub. Hüquq-mühafizə orqanları isə aksiyanın keçiriləcəyindən əvvəlcədən xəbər tutaraq, kənddə əməliyyat tədbirləri həyata keçiriblər. Polis aksiya təşkilatçılarından bir neçəsini həbs edib. Astara Rayon Polis Şöbəsindən AzNews.az adıçəkilən kənd sakinlərindən saxlanılanların olduğu təsdiqlənsə də, onların sayının neçə nəfər olduğu bildirilməyib.
Qeyd edək ki, bu barədə ilk məlumatı musavat.com saytı yaymışdı.
Əhməd
AzNews.az