Azərbaycanda iki dini icma ləğv olundu

Azərbaycanda iki dini icma ləğv olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, son 4 il ərzində yalnız 2 icmanın qeydiyyatı ləğv olunub.

Onlardan biri "Həyatverici lütf" dini icmasının qeydiyyatının düzəldilməsi ilə əlaqədar dövlətə müraciət etməkdən imtina etməsi nəticəsində qeydiyyatı ləğv olunub: "Yəni ortada həmin icmanın dövlət qanunlarını saymaması faktı var",- deyə Komitədən göndərilən məlumatda qeyd olunub.

Digərinin isə Xırdalanda qarajda qeydə alınan bir icma olduğu bildirilir:" Qanunvereciciliyə görə icmalar ibadət evlərində fəaliyyət göstərməlidirlər".

Komitədən verilən məlumatda qeyd olunub ki, 2012-2013-cü illər ərzində hər hansı dini qurumun fəaliyyətinə Dövlət Komitəsi tərəfindən o cümlədən məhkəmənin qərarı ilə xitam verilməyib.

AzNews.az