Bakı-Qazax yolunda avtoqəza: 3 nəfər öldü

Bakı-Qazax yolunun 472-ci kilometrliyində, Qazax rayonu ərazisində vətəndaşlara məxsus "QAZEL" və "VAZ" markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZEL" markalı yük avtomobilinin sürücüsü və 1 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alaraq yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyası tərəfindən Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

"VAZ" markalı minik avtomobilindən 3 nəfərin sıxılmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

AzNews.az