- Köhnə - Hadisə
- 31 Mart 2014 07:17
- 3 525
Paytaxtda yeni avtomobil yolu tikilir

İnşaat işlərini həyata keçirən "Azvirt" MMC-dən verilən xəbərə görə, layihəyə görə, ümumi uzunluğu 17 kilometr olacaq 6 hərəkət zolaqlı yolun hərəkət zolağının eni 3,75 metr təşkil edəcək.
Yol boyu 2 körpü, 2 tunel və 2 piyada keçidinin tikintisi nəzərdə tutulub. Ümumilikdə 1 milyon 300 min kubmetr torpaq işlərinin görülməsi və müxtəlif diametrli 19 min paqonmetr drenaj borularının qoyulması planlaşdırılıb.
Layihə üzrə tikinti işləri 2015-ci ildə tamamlanacaq.(AzərTAc)