- Köhnə - Hadisə
- 24 Aprel 2014 09:18
- 3 041
Cəlilabadda 200 məktəbli istismar olunur – İnanılmaz olay
Məlumatda qeyd edilir ki, şəhər Mərkəzi Xəstəxanasının təmir-bərpası ilə bağlı binada bir sıra söküntü işləri aparılır. Bu söküntü və ərazinin təmizlənməsi işlərinə 200-dən artıq məktəbli cəlb edilib. Bu isə sakinlər, xüsusən şagirdlərin valideynlərinin narazılığına səbəb olub. Əhali məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də nəticə olmayıb.
Bundan sonra baş verənlərin videoya çəkilməsi cəhdi isə qarışı-durmaya səbəb olub. Keçmiş polis əməkdaşı, hazırda isə idman müəllimi işləyən şəxs (adını dəqiqləşdirməyə çalışırıq-İ.V) ərazidə çəkiliş aparmaq istəyən vətəndaşı hədələyib.
Məsələ barədə ətraflı məlumat verəcəyik.
İntiqam
AzNews.az