- Köhnə - Hadisə
- 23 Sentyabr 2014 07:11
- 5 120
Ağcəbədidə dəhşətli qəza - 3 Ölü

Ağcəbədidə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 17 km aralı) "VAZ" markalı 2 minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdi. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilində olan 3 nəfər sərnişin ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən 3 nəfərin cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.
AzNews.az