Sabunçu rayonu Kürdəxanı qəsəbəsi 113 saylı tam orta məktəbin direktor əvəzi Şinixanım Abbasova intihar edən 11–ci sinif şagirdindən danışıb. Sabunçu rayonu Kürdəxanı qəsəbəsi 113 saylı tam orta məktəbin direktor əvəzi Şinixanım Abbasova intihar edən 11–ci sinif şagirdindən danışıb.

İntihar edən şagirdin müəllimi danışdı: "Bircə səhvim..."

Sabunçu rayonu Kürdəxanı qəsəbəsi 113 saylı tam orta məktəbin direktor əvəzi Şinixanım Abbasova intihar edən 11–ci sinif şagirdindən danışıb.

O, AzNews.az-a açıqlamasında şagirdi barədə ilginc məlumatlar verib.

İntihar hadisəsi baş verən gün şagirdigildə olan müəllimə onun çox intizamlı olduğunu bildirib:
"Özüm axşam orda olmuşam. Çox pis olduq. Hələ də uşağın üzü gözümün qabağından getmir. Tərbiyəli, intizamlı, davamiyyətli yəni hər gün məktəbə gələn uşaq idi. Çox vaxt 11-ci siniflər ali məktəbə hazırlaşdığından ara-sıra dərsləri qaçırırlar. Amma o hər gün dərsə gəlirdi".

Ceyhun Əliyevin namaz qıldığını deyən Ş.Abbasova onun musiqiyə də həvəs göstərdiyini bildirdi:

"Musiqi ilə maraqlanırdı. Əla qarmon çalırdı. Məktəbin bütün tədbirlərində aktiv iştirak edirdi. Şagirdlər deyir ki, o hamımızın dostu idi. Elə bir uşaq idi ki, günahı olurdusa, o saat boynuna alırdı. Mehriban, hamı ilə ünsiyyət quran şagird idi".

Şinixanım Abbasova axşam saatlarında Sabunçu rayon 15-ci polis bölməsindən ona zəng gəldiyini də bildirib: "Məktəbin direktor əvəzi onu da bildirdi ki, Ceyhun Əliyev bu gün torpağa tapşırılacaq".

Qeyd edək ki, Sabunçu rayon Kürdəxanı qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlu özünü yaşadığı evin həyətindəki su çəninin borusundan mələfə ilə asıb. Onun meyitini ailə üzvləri aşkar edib.

C. Əliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O, 113 saylı orta məktəbin 11-ci sinfində oxuyurmuş.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Gültəkin ƏLƏSGƏR
AzNews.az