Azərbaycanda bu gecə 2 avtomobil yanıb. Azərbaycanda bu gecə 2 avtomobil yanıb.

Bu gecə 2 avtomobil yandı

Azərbaycanda bu gecə 2 avtomobil yanıb.


AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobilinin qoşqusunun 6 ədəd təkəri yanıb.

Yük avtomobil və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.

İkinci yanğın isə Xaçmaz rayonunun Xudat şəhərində baş verib.

Vətəndaşa məxsus "Peugeot" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.