- Köhnə - Hadisə
- 6 İyun 2015 13:09
- 8 474
Arif Məmmədov Norveçdən sığınacaq istədi - Müraciət
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədov Norveçdən sığınacaq istəyib.
AzNews.az xəbər verir ki, bu barədə Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gill məlumat verib. O, öz facebook hesabında Arif Məmmədovun ona müraciətini yayımlayıb.

Müraciətdə A.Məmmədovun iyunun 29-dan iyulun 10-na kimi Norveçdə olacağı,Avropa mediasının dəstəyinə ehtiyacı olduğu : Müraciətin mətnini olduğu kimi təqdim edirik:
"Səfir Arif Məmmədov özü bu məlumatı paylaşmağı xahiş etdi: "Əziz Steynar. Xahiş edirəm bu məlumatı yayasınız. Mən iyunun 6-dan iyulun 10-na kimi Norveçdə olacağam. Sizi görməyi ümid edirəm. Avropa mediası məni dəstəkləməlidir. Mən insanları oyatdım. Azərbaycanın əsl dostlarının köməyinə ehtiyacım var. Bu ümumi SOS siqnalıdır".
Qeyd edək ki, A. Məmmədov "facebook" sosial şəbəkəsindəki statusunda Binəqədi rayonunda binada yanğını nəzərdə tutaraq baş verən hadisəyə görə məmurların ünvanına kəskin ittihamlar yazıb..