Azərbaycanlılar Şengen vizası üçün barmaq izləri təqdim edəcəklər. Azərbaycanlılar Şengen vizası üçün barmaq izləri təqdim edəcəklər.

Azərbaycanlılardan barmaq izləri götürüləcək - SƏBƏB

Azərbaycanlılar Şengen vizası üçün barmaq izləri təqdim edəcəklər.


"Şərq tərəfdaşlığı" proqramına daxil olan altı ölkədə (Ukrayna, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova) iyunun 23-dən etibarən Şengen ölkələri sazişinin yeni Viza informasiya sistemi (VİS) fəaliyyətə başlayacaq.

AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, VİS-ə müvafiq olaraq Şengen vizası almaq üçün sənəd verənlər barmaq izləri və rəqəmsal şəkil təqdim etməlidirlər. Ərizəçilərin biometrik məlumatları VİS-də 59 ay müddətində saxlanılacaq və bu müddət ərzində viza üçün bütün müraciətlər zamanı istifadə ediləcək. Bu müddət bitdikdən sonra ərizəçi yeni biometrik məlumatları təqdim etməlidir.

Vizaya görə ilk müraciət zamanı ərizəçi barmaq izlərini təqdim etmək üçün konsulluğa şəxsən gəlməlidir. 12 yaşına qədər uşaqlar, barmaq izlərinin götürülməsi fiziki mümkün olmayan şəxslər, monarxlar, dövlət başçıları və onların həyat yoldaşları, diplomatik səfərlər zamanı rəsmi heyətlərin üzvləri barmaq izlərinin götürülməsindən azad edilirlər.

23 iyuna qədər verilmiş vizalar müddəti bitənə qədər qüvvədədir.