Yaponiyanın iki böyük avtomobil şirkəti – “Toyota” və “Nissan” 3 milyondan çox maşınını geri çəkir. Yaponiyanın iki böyük avtomobil şirkəti – “Toyota” və “Nissan” 3 milyondan çox maşınını geri çəkir.

“Toyota” və “Nissan”dan maşın almayın! – 8 ölü, 100-dən çox xəsarət (Rəsmi)

Yaponiyanın iki böyük avtomobil şirkəti – “Toyota” və “Nissan” 3 milyondan çox maşınını geri çəkir.


AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, buna səbəb avtomobillərə quraşdırılmış Takata markalı təhlükəsizlik yastıqlarında baş verən problemdir.

"Toyota"nın bu aksiyası 2003-cü ilin aprelindən 2008-ci ilin dekabrınadən istehsal edilən 2,86 milyon ədəd müxtəlif model avtomobillərinə aiddir.

"Nissan" isə 2007-ci ilin aprelindən 2008-ci ilin dekabrınadək olan müddətdə istehsal olunan 198 min "Navara" pikap və "Teana" sedanlarını geri çəkir.


Takata ilə qalmaqal

Yaponiyanın Takata şirkəti artıq uzun zamandır ki, qalmaqalların mərkəzindədir. Şirkətə məxsus təhlükəsizlik yastıqları quraşdırılan avtomobillərdən çox saylı şikayətlər gəlməkdə davam edir.

Belə ki, yastıqlar avtomobil hərəkətdə olan zaman qeyri-ixtiyarı açıla bilir. Yastıqların hava sıxıcı kompressorlarında olan nasazlıq ona gətirib çıxarır ki, təkan zamanı yastıqlar insana metal parçalarla "atəş aça" bilir.

Məlumata görə, ABŞ və Malayziyada baş verən bu cür insidentlər nəticəsində 8 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

Bu ilin mayında Takata 34 milyondan çox avtomobildə quraşdırılan hava yastıqlarındakı qüsuru etiraf etməyə razı olub.



Aydan Axundova