Bakı-Qazax magistral yolunda sərnişin avtobusu minik maşını ilə toqquşub, ölənlər və yaralananlar var Bakı-Qazax magistral yolunda sərnişin avtobusu minik maşını ilə toqquşub, ölənlər və yaralananlar var

Bakı-Qazax yolunda ağır qəza - ölən və yaralananlar var

Bakı-Qazax magistral yolunda sərnişin avtobusu minik maşını ilə toqquşub, ölənlər və yaralananlar var


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu səhər saat 08.30 radələrində rayonun Qovlar qəsəbəsi ərazisində qeydə alınıb.

Qazaxdan Bakıya sərnişin daşıyan "Daewoo" markalı avtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində "Mercedes"də olan iki nəfər hadisə yerində ölüb.

Avtobusda olan 10-dan artıq sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralılar xəstəxanaya aparılarkən avtobusun sərnişinlərindən olan bir azyaşlının yolda dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.