- Köhnə - Hadisə
- 3 Avqust 2015 14:00
- 3 730
Bakıda qapısı açıq avtobusdan yıxılan qadın öldü

Bakıda qadın qapısı açıq avtobusdan yıxılıb.
AzNews.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi "İsuzu" markalı avtobusunun qapısı açıq olduğundan sərnişini Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Nəticədə X.Sadıxova xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.