- Köhnə - Hadisə
- 12 Avqust 2015 23:25
- 3 128
Qəzaya düşmüş 21 yaşlı qız keçinib - Göygöldə
Bu gün Göygöl rayonunda qəzaya düşmüş 21 yaşlı astaralı qız keçinib.
AzNews.az xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, 21 yaşlı Aytac Abdullayeva əməliyatdan sonra keçinib: "Mərhum kəllə-beyin travması almışdı, əməliyyat zamanı dalağı çıxarılmışdı, vəziyyəti çox ağır idi".
Zərəçəkən 21 yaşlı Aytac Abdullayeva axşam radələrində keçindi.
Hadisə Göygöl rayonun Yeni Qızılca kəndində baş verib. Rayon sakini Binəli Tapışanovun idarə etdiyi "KamAZ" markalı avtomobillə yolu keçmək istəyən Astara rayon sakini, 21 yaşlı Aytac Abdullayevanı vurub. Zərərçəkən müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.