Ev yandı

Oğuz rayonu, Padar kəndində yanğın hadisəsi baş verib. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 79 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət ev yanıb.

Evin yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az