Şirvanda 2 piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Şirvanda 2 piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Avtomobil 2 piyadanı vuraraq öldürdü

Şirvanda 2 piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumata görə, bu gün axşam saatlarında Şirvan şəhərində, Heydər Əliyev prospektində VAZ 21011 markalı 24 BC 833 nömrəli avtomobil 2 piyadanı vurub.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Şirvan sakini, 2004-cü il təvəllüdlü Dədəyev Rövşən Zaur oğlu və 1964-cü il təvəllüdlü Türkiyə vətəndaşı Abdulla Əkər xəstəxanaya çatdırılarkən yolda ölüblər.

Sürücünün hadisə yerindən qaçdığı bildirilir. Hazırda onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.