İsmayıllı rayonunda intihara cəhdlə bağlı təfərrüatlar məlum olub. İsmayıllı rayonunda intihara cəhdlə bağlı təfərrüatlar məlum olub.

Toya hazırlaşan gəncin intihara cəhdinin təfərrütları - Nişanlısı evlənmək istəməyib

İsmayıllı rayonunda intihara cəhdlə bağlı təfərrüatlar məlum olub.


AzNews.az xəbər verir ki, rayonun Mican kənd sakini, 1991-ci il təvəllüdlü Hidayətov Asiman Nəriman oğlunun dayısı İttifaq Məmmədov APA-nın yerli bürosuna bildirib ki, bacısı oğlu nişanlıdır, sentyabrın 20-də toyu olacaq.

Sentyabrın 11-də isə onun nişanlısı olan qızın toy mərasimi keçirilib.

İ. Məmmədovun sözlərinə görə, A. Hidayətovun özünə qəsd etməsinin səbəbi isə nişanlısının onunla evlənməkdən imtina etməsi olub: "Bəzi şəxslər Asiman barədə nişanlısına xoşagəlməz sözlər deyiblər, onun guya narkoman olduğunu, mütəmadi olaraq spirtli içki qəbul etdiyini bildiriblər. Nişanlısı da Asimana ağır sözlər söyləyib, onunla evlənmək istəmədiyini deyib. Asiman da həm buna görə, həm də camaat arasında barəsində mənfi söz-söhbətin yayılmasından hiddətlənərək intihar etmək istəyib".

Qeyd edək ki, A. Hidayətov hazırda ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətindədir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***
11:17
İsmayıllı rayonunda intihara cəhd olub.


AzNews.az APA-ya istinadən xəbər verir ki, rayonun Mican kənd sakini, 1991-ci il təvəllüdlü Hidayətov Asiman Nəriman oğlu yaşadığı evin zirzəmisində özünü kəndirlə asıb.

Ailə üzvləri onun intihar cəhdindən tez xəbər tutaraq kəndiri boynundan çıxarıblar.

A. Hidayətov ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda koma vəziyyətində olan gəncin özünə qəsd etmək istəməsinin səbəbi hələlik məlum deyil.

Yaxınlarının verdiyi məlumata görə, A. Hidayətov nişanlıdır, sentyabrın 20-də toyu olacaq. Qız toyu isə artıq keçirilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.