Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub. Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Ramil Usubov deputatın işdən çıxarılan oğluna vəzifə verdi (yenilənib)

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.


AzNews.az-ın report-a istinadən xəbərinə görə, Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Mirələmov deputat Hüseynbala Mirələmovun oğludur.
Xatırladaq ki, 2012-ci ildə H.Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov "Min bir gecə" istirahət mərkəzində adam güllələyib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov da hadisə yerində olub. Hadisədən sonra R.Mirələmov tutulub, F.Mirələmov isə işdən azad edilmişdi.

***
Daxili işlər orqanlarından "Report"a bildirilib ki, əslində, Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə deyil, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.