- Köhnə - Hadisə
- 4 Noyabr 2015 18:59
- 2 889
Bakıda tələbələr arasında dava - İraqlı suriyalını döydü
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanasında tələbələr arasında dava düşüb.
Universitetin dördüncü kurs tələbəsi olan İraq vətəndaşı, 1992-ci il təvəllüdlü Muhammed Sıddık oğlu Kazım xuliqanlıq zəminində Suriya vətəndaşı, 1994-cü il təvəllüldlü Mahmud Xıdır oğlu əl-Həsəni döyüb.
Mahmud əl-Həsən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Report.az