Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini təyin edilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini təyin edilib.

Ramil Usubovdan yeni təyinat - Deputat oğlu rəis müavini oldu

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini təyin edilib.


Məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Elşad Məmmədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edilib.

Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.

APA.az