Lənkəranda minik avtomobili avtobusla toqquşub. Lənkəranda minik avtomobili avtobusla toqquşub.

Avtobusla minik maşını toqquşdu - Sürücü öldü (Yenilənib)

Lənkəranda minik avtomobili avtobusla toqquşub.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonunun Digah kəndində "VAZ" markalı minik avtomobili ilə "Hyundai" markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində avtomobildə sıxılaraq qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
17:40

Bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun 199-cu kilometrliyində Lənkəran şəhəri ərazisində yol qəzası baş verib.

AzNews.az-ın anspress-ə istinadən xəbərinə görə, Astara istiqamətində hərəkət edən Sumqayıt şəhər sakini, 40 yaşlı Mehman Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtobus Lənkəran rayonun Mamusta kənd sakini 52 yaşlı Məhərrəm Hüseynovun idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub. Deformasiyaya uğrayan minik maşınının sürücüsünü avtomobildən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxarıblar. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Faktı BDYP-nin istintaq və təhqiqat bölməsi araşdırır.

Qəzaya uğramış avtomobillər