Bakı şəhəri, Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında yanğın olub. Bakı şəhəri, Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında yanğın olub.

Bakıda faciəvi hadisə - Ər və arvad yanaraq öldü

Bakı şəhəri, Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında yanğın olub.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoya yanmış meyitləri aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.