Bakıda intihar hadisəsi baş verib. Bakıda intihar hadisəsi baş verib.

İtkin düşmüş şəxsin asılmış meyiti tapıldı

Bakıda intihar hadisəsi baş verib.


Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Yanvarın 12-də "Şuşa şəhərciyi"ndə məskunlaşan 1967-ci il təvəllüdlü Quliyev Zəfər Salman oğlunun itkin düşməsi barədə polisə məlumat daxil olub. Bu gün isə onun Ramana qəsəbəsi ərazisindəki ağaclıqda asılmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

APA.az