Lənkəran-Lerik şose yolunun 23-cü km-də, Lerik rayonunun Piran kəndi ərazisində yol qəza hadisəsi baş verib. Lənkəran-Lerik şose yolunun 23-cü km-də, Lerik rayonunun Piran kəndi ərazisində yol qəza hadisəsi baş verib.

İki avtomobil toqquşdu - Yük maşını dərəyə yuvarlandı

Lənkəran-Lerik şose yolunun 23-cü km-də, Lerik rayonunun Piran kəndi ərazisində yol qəza hadisəsi baş verib.


AzNews.az Report-a istinadən xəbər verir ki, "Shacman" markalı yük maşını ilə "VAZ-21011" markalı avtomaşın toqquşub.

Şahidlərin sözlərinə görə, hadisəni törətdikdən sonra yük maşınının sürücüsü digər sürücünün xəsarət alıb-almadığını öyrənmək üçün maşından enib. Lakin, üzüaşağı yolda dayanan yük maşınında əyləc sistemi sıradan çıxdığından nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzadan hər iki sürücü yüngül xəsarətlərlə qurtarsa da adı açıqlanmayan şirkətə məxsus yük maşını ciddi deformasiyaya uğrayıb.