- Köhnə - Hadisə
- 25 Yanvar 2016 14:50
- 3 965
Maşın piyadanı vurdu

Yanvarın 24-də saat 07 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əlibəy Abbaszadə idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Ələddin Quliyevi vurub.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ə.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.