Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub. Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

“Qarabağ“ və “Qəbələ“ xal itirdi - “Neftçi“ böyük hesabla uduzdu + Video

Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.


Açılış oyununda "Kəpəz" "Sumqayıt"ı məğlub edə bilməyib. Qarşılaşma qolsuz tamamlanıb - 0:0. Bununla da Gəncə komandası ardıcıl 3-cü matçında qələbə qazana bilməyib.

Ötən tur "gənclik şəhəri" təmsilçisinə 0:2 hesabı ilə məğlub olmuş AZAL bu dəfə qələbə qazana bilib. Autsayder "Rəvan"la görüşdə "təyyarəçilər" azlııqda qalmalarına baxmayaraq, qol vurub. Həmin topun müəllifi Nuqzar Kvirtiya oyunun sonlarında təyin olunmuş penaltidən isə yararlanmağı bacarmayıb.

"Zirə" isə qış fasiləsindən sonra ardıcıl 5-ci qələbəyə imza atıb. "Qartallar" "Neftçi"ni darmadağın edib - 3:0. İlk yarının sonlarında qonaqlar azlıqda qalıb. Bundan yararlanan meydan sahibləri fasilədən sonra istəklərinə çatıblar. Birinci topun müəllifi Nelson Bonilya aktivindəki qolların sayını 8-ə çatdıraraq, bombardirlər siyahısında "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda ilə bərabərləşib. Digər 2 qolu isə oyunun sonlarında Tato vurub.

Növbəti qarşılaşmada sensasiya baş verib. "Qəbələ" Premyer Liqada 9-cu pillədə yer alan və gənc futbolçulardan ibarət "Xəzər Lənkəran"ı öz meydanında yenə bilməyib. Beləliklə, əyalətdəki növbəti oyun da qolsuz tamamlanıb.

Günün son matçında isə "İnter" "Qarabağ"la üz-üzə gəlib. Bu görüş də heç-heçə ilə tamamlanıb - 1:1. Hər iki komandadan qolları kapitanlar vurub. Meydan sahibləri ilk yarıda Nizami Hacıyevin qolu ilə hesabı açıblar. Oyunun son dəqiqələrində isə Rəşad Sadıqov irəli atılaraq, karyerasında ilk dəfə başla qol vurub.

Beləliklə, bu nəticələrdən sonra "Zirə" xallarını 44-ə çatdıraraq, lider "Qarabağ"la fərqi 4 xala endirib. Digər komandaların mövqelərində dəyişiklik baş verməyib: "Qəbələ" - 38 xal, "İnter" 35, "Kəpəz" - 33, "Neftçi" - 31, AZAL - 29, "Sumqayıt" - 22, "Xəzər Lənkəran" - 14, "Rəvan" - 8.

Azərbaycan Premyer Liqası, XXIII tur

14:00. "Kəpəz" – "Sumqayıt" - 0:0

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu

15:00. "Zirə" – "Neftçi"- 3:0

Qollar: Nelson Bonilya, 69. Tato, 87; 90+3
Qırmızı vərəqə: Cavid İmamverdiyev, 43 ("Neftçi")
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. Zirə İdman Kompleksinin stadionu

15:00. AZAL – "Rəvan"- 1:0

Qol: Nuqzar Kvirtiya, 62
Qırmızı vərəqə: Qvanzav Maqomedov, 51 (AZAL)
Qolla nəticələnməyən penalti: Nuqzar Kvirtiya, 80 (AZAL)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. AZAL Arena

17:00. "Qəbələ" – "Xəzər Lənkəran" - 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ. Qəbələ şəhər stadionu

18:00. "İnter" – "Qarabağ" - 1:1

Qollar: Nizami Hacıyev, 42 - Rəşad Sadıqov, 88
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. "İnter Arena"



Report