- Köhnə - İdman
- 12 Noyabr 2012 14:17
- 1 759
Ronaldo tibbi müayinədək keçəcək
![](https://www.aznews.az/storage/photos/Ronaldinioeee.jpg)
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Real"ın baş məşqçisi Joze Mourinyo bildirib.
"Rəqib futbolçu ilə toqquşmadan sonra Ronaldonun başı gicəllənib və birinci hissənin sonuna özünü pis hiss edib. Fasilədə Ronaldo pis görməyə başlayıb və matçı davam etdirə bilməyib. Bu gün Ronaldo Madrid xəstəxanasında tibbi müayinədən keçəcək", - portuqaliyalı çalışdırıcı qeyd edib.
Xatırladaq ki, "Real"ın "Levante"ni səfərdə 2-1 heabı ilə məğlub etdiyi matçda ev sahiblərinin qapısına ilk qolu 21-ci dəqiqədə məhz Ronaldo vurub.
AzNews.az